Yol polisini 20 qəpiklə təhqir edən sürücü barəsində yeni xəbərlər

İyunun 27-də Avtosfer.az saytında Bakıda 1 milyonluq maşının sürücüsünün yol polisi əməkdaşını təhqir etməsi barədə xəbər vermişdik. Yazıda qeyd etmişdik ki, Avtosfer.az saytına hadisə şahidlərinin verdiyi məlumata görə, iyunun 25-də saat 12-1 radələrində 28 may küçəsində dövlət nömrə nişanının seriyası 400 olan göy rəngli «Rols Royce» markalı avtomobilin sürücüsü dayanma-durma qaydalarını pozduğu üçün 10 YP 318 dövlət nömrə nişanlı yol-patrul xidməti maşını ona yaxınlaşıb. Yol polisi əməkdaşı sürücüyə protokol tərtib etməzdən əvvəl ona törətdiyi xəta barədə məlumat verdikdə sürücü «yaxşı eləmişəm» deyərək onu təhqir edib. Yol polisi əməkdaşı sürücüdən sənədlərini istəsə də, qarşı tərəf heç bir sənəd təqdim etməyib. Üstəlik, sürücü yol polisinə 20 qəpik uzadaraq «al, bu da sənə şirinlik» deyərək oradan uzaqlaşıb. Ətrafa yığılan insanlar isə bu mənzərəni gülüşlə qarşılayıblar.
Avtosfer.az saytının apardığı araşdırmalar zamanı məlum olub ki, yol polisi ilə insident yaradan sürücü Bakı şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanovun oğludur. Sürücü həm də keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin qardaşı Yaşar Babayevin kürəkənidir. Yeri gəlmişkən, Cavadağa Sultanovun Dubayda böyük biznes şəbəkəsi var. Onun adı bir sıra qalmaqallı cinayət xarakterli işlərdə hallansa da, heç vaxt məsuliyyətə cəlb olunmayıb. Bu yaxınlarda isə Cavadağa Sultanovun Dubayda həbs olunduğu barədə xəbər yayılmışdı.
Yol polisinə qarşı kobudluq edən sürücünün aradan çıxmasının başlıca səbəbi də onun atasının və qaynatasının adından istifadə etməsidir. Belə ki, sürücü yol polisinin ondan israrla sənəd tələb etdiyini gördükdə atasının və qaynatasının adını çəkib. Bundan sonra yol polisi geri çəkilməli olub. Bunu Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov da “Qafqazinfo”ya açıqlamasında təsdiq edib. O bildirib ki, polisin təhqir olunması barədə yazılanlar düzgün deyil: “Yol Patrul Xidmətinin əməkdaşları həmin maşını həqiqətən də saxlayıblar. Lakin sürücü yazıldığı kimi, 20 qəpik yox, 50 manat çıxararaq cəriməni ödəməyə hazır olduğunu bildirib. YPX əməkdaşları isə cəriməni yalnız protokol yazıldqdan sonra qanunda göstərildiyi şəkildə ödəməli olduğunu bildiriblər. Sonradan məlum olub ki, həmin şəxs özü hazırda istefada olan polis polkovnikinin oğludur. Sürücü etdiyi hərəkətə görə üzr istədikdən sonra YPX əməkdaşları onun ərazidən uzaqlaşmasına icazə veriblər».
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov isə Avtosfer.az saytına bildirib ki, yazılanlarla bağlı araşdırma aparılıb, lakin yazıda qeyd olunan məqamlar təsdiqini tapmayıb: «Vətəndaşlardan xahiş edirik ki, kütləvi informasiya vasitələrinə yalan məlumat verməsinlər. Bu məsələ ilə bağlı apardığımız araşdırma zamanı sürücünün yol polisinə qarşı kobudluq etməsi, təhqir etməsi kimi faktlar təsdiqini tapmayıb».
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi










