Yol polisinin gözü qarşısında kütləvi qayda pozuntusu - VİDEO

İzdədiyiniz bu video Bakının mərkəzi küçələrindən birində çəkilib. Oxuculardan birinin Avtosfer.az saytına göndərdiyi videoda sürücülərin qarşı yola çıxaraq kütləvi şəkildə qəza şəraiti yaradaraq qayda pozduqları görünür. Tıxac yarandığını görən hövsələsiz sürücülər qoşa xəttin tələbini pozaraq qarşı yola çıxırlar və sürətlə hərəkət edirlər. Bu zaman onların arxasınca yol polisi maşını hərəkət edir. DYP maşını qayda pozanları məsuliyyətə cəlb edib yolu boşaltmağı tələb etmək əvəzinə elə özü də onlara qoşulur. Göründüyü kimi, sürücülər hətta DYP maşınının arxasınca da eyni hərəkətləri davam etdirib qarşı yolda hərəkət edirlər. Qaydanı ilk pozan isə avtobus olur. Onun ardınca 7 avtomobil də qarşı yola çıxaraq hərəkət edir. Bu, əlbəttə, birmənalı olaraq yol hərəkəti qaydalarının kütləvi şəkildə pozulmasıdır. İnzibati Xətalar Məcəlləsinin 151.3-1-ci maddəsinə əsasən, həmin sürücüləri 100 manat və 4 bal cərimə gözləyir. Təbii ki, qanun qayda pozuntusu kütləvidir deyə heç kəsi məsuliyyətdən azad etmir.
Elməddin
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI












