Yol polisinin səhvinə görə sürücü görün nələr çəkir – «Bezmişəm»

Sürücü Faiq Bayramovun başına gələn hadisə yəqin ki, Azərbaycanda çoxlarının üzləşdiyi problemdir. Sürücü cərimə olunur, yol polisinin sistemində həmin cərimə görünür, hətta, sürücüyə heç bir bildiriş çatdırılmadığı halda cərimənin üzərinə faiz gəlir, lakin sürücü bu cəriməni heç cür ödəyə bilmir. Avtosfer.az-a müraciət edən sürücü Faiq Bayramov deyir ki, idarə etdiyi «Toyota Corolla» markalı, 90 FU 082 dövlət nömrə nişanlı avtomobili son günlər yol polisləri tez-tez saxlayırlar və ona bildirirlər ki, nəqliyyat vasitəsinin saxlanılıb cərimə meydançasına aparılması barədə qərar qəbul edilib. Səbəb isə odur ki, sürücü 3 aydan artıqdır cəriməni ödəmir. Lakin Faiq Bayramov deyir ki, o, qeydiyyatda olduğu ünvanda yaşayır, Asanpay.az-da qeydiyyatdan keçib, üstəlik, avtomobilin sonuncu etibarnaməsi də ona verilib. Lakin həmin cərimə ona çatdırılmayıb. Yalnız bir ay əvvəl yol polisi avtomobili saxlayaraq ona bildirib ki, avtomobilə həbs qoyulub. Sürücü cəriməni ödəmək üçün indiyədək 17 dəfə banka getsə də, hər dəfə cavab alır ki, cərimə sistemdə görünmür: «Artıq bilmirəm nə edim. Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə elektron müraciət ünvanlamışam. Lakin hələlik cavab yoxdur. Bir neçə gündür ki, maşını qorxa-qorxa sürürəm. Yol polisi harada məni görsə o saat maşını saxlatdırır. Həmişə də söz verirəm ki, banka gedib ödəyəcəm. Doğrudan da banka gedirəm və hər dəfə də eyni cavabı alıram. Birincisi, mənim radara düşdüyüm Bakı-Ələt-Qazax yolunun 102-ci km-liyində sürət həddi saatda 90-dır, bunlar məni 96 km/saat sürətlə radara salıblar. Guya, 70-lik yolda 96 ilə getmişəm. Bundan əlavə, həmin cərimə barədə bildiriş mənə çatdırılmayıb. Bu halda necə olur ki, cərimənin üzərinə faiz gəlir? Bütün bunları bir kənara qoyub işimi atıb yollarda qalmamaq üçün cəriməni ödəməyə də razı oldum. Amma sistemdə olmadığı üçün banklar ödənişi qəbul etmir. Axı nəyə görə mən yol polisinin səhvinə görə 17 dəfə banka getməliyəm? Nə üçün hər dəfə yol polisi məni saxlayanda and içib onu inandırmalıyam ki, cərimə sistemdə yoxdur? Hər dəfə də yol polisinə deyirəm ki, cəriməni vur sistemə gedib ödəniş edim, amma deyirlər ki, buna ixtiyarımız yoxdur. Artıq iş o yerə çatıb ki, maşını yol polisindən gizlənə-gizlənə sürməkdənsə piyada gəzməyi üstün tutmuşam. Gözləyirəm ki, Baş Dövlət Yol Polisi İdarəsi mənim müraciətimə nə vaxt baxacaq ki, mən rahat maşın sürə bilim».
Elməddin
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










