Yol polisinin sərxoş tutduğu sürücü ayıq çıxdı - Qalmaqal - VİDEO

Oruc Ahalov yol polisi tərəfindən qanunsuz olaraq 400 manat miqdarında cərimə olunduğunu iddia edir. O bildirir ki, Nərimanov rayonu ərazisində əks zolağa daxil olduğu üçün 99-YP- 267 dövlət qeydiyyat nömrə nişanlı yol polisi avtomobili onu saxlayıb. Bu zaman əməkdaşlar ona içkili olub-olmadığını yoxlamaq üçün alkotestrdən kəçməyi bildiriblər. Testdən keçdikdə isə sərxoş olduğu deyilib. Oruc Ahalov yol polisinə içkili olmadığını və tibbi müayinədən keçməyi tələb edib. Ancaq onun idarə etdiyi 99-KJ-075 dövlət qeydiyyat nömrə nişanlı yük maşını cərimə meydançasına aparılıb. Sürücüyə alkoqoldan istifadə etməməsini sübut edən sənəd təqdim edilib. Protokolda isə onun əks zolağa çıxmağı yox, məhz içkili vəziyyətdə avtomobil idarə etdiyiinə görə cərimələndiyi əksini tapıb. O, cəriməni ödədikdən sonra avtomobili cərimə meydançasından çıxarıb.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, sürücü idarəyə şifahi və ya yazılı müraciət etməlidir. Bundan sonra problem araşdırılacaq.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










