"Yol polisləri sürücülük vəsiqəmi itirib" - İDDİA - VİDEO

Rəhman Mehdiyev adlı şəxs yol polislərinin ona məxsus sürücülük vəsiqəsini itirdiyini idda edir. Təxminən 1 il əvvəl yol verdiyi xətaya görə onun sürücülük vəsiqəsinə verilmiş cərimə balı 20-ni keçib. Bu səbəblə polis onu saxlayaraq sürücülük vəsiqəsini əlindən alıb. Sonra isə o, 6 aylıq sürücülük hüququndan məhrum edilib. Rəhman Mehdiyevinin sözlərinə görə, qərar ötən ilin yanvar ayında verilib və həmin müddət də artıq başa çatıb. Ancaq həftələrdir vəsiqəsini əldə edə bilmir. O, polislərin sürücülük vəsiqəsini itirdiyini iddia edir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da Rəhman Mehdiyevin müxtəlif vaxtlarda törətdiyi qayda pozuntusuna görə cərimə balı 20-ni keçdiyini təsdiq edir. Məhz bu səbəblə də o, sürücülük hüququndan məhrum edilib. Sürücülük vəsiqəsinə məhdudiyyət qoyulduqda isə vəsiqə bütün sənədlərlə birlikdə aktlaşdırılır və arxivə göndərilir. Yəni həmin vəsiqə bir daha sürücüyə geri qaytarılmır. Rəhman Mehdiyev yeni vəsiqə almaq üçün yaşadığı ünvan üzrə Füzuli rayon DYP-yə müraciət etməlidir. Dövlət rüsumunu ödədikdən sonra yeni sürücülük vəsiqəsi ala bilər.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












