Yol qəzalarından qalan “xatirələr” - Dəmir arakəsmələr niyə düzəldilmir? - AÇIQLAMA

Bakı kənar dairəvi yolda dəmir arakəsmələr bərbad gündədir.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Belə ki, yol boyu müəyyən məsafələrdə bir neçə yerdə dəmir arakəsmələr yararsız hala düşüb. Aydın məsələdir ki, buna səbəb yol-nəqliyyat hadisələridir.
Lakin, aradan uzun zaman keçməsinə baxmayaraq, həmin arakəsmələr bərpa edilməyib. Sosial şəbəkə istifadəçiləri məsələyə laqeyd yanaşmanı qınayıb.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verəndə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən məsələ artıq rəhbərlik tərəfindən nəzarətə götürülüb:
“Aidiyyəti şöbəyə məsələ ilə əlaqədar zəruri tapşırıqlar verilib. Yaxın günlərdə problem tam olaraq aradan qaldırılacaq”.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












