Yol xətləyənlərdən başdansovdu əməl - FOTO

Bu mənzərə qeyri-peşəkarlıq, məsuliyyətsizlik, yoxsa?.. Adi bir yolu xətləyən zaman heç nəyə məhəl qoymadan rəngin belə çəkilməsinə başqa nə ad vermək olar? Oxucuların Füzuli küçəsində çəkilən bu foto, əslində, ölkədə yolların necə çəkilməsinin, asfaltın altında bizim görə bilmədiyimiz hansı oyunların aparıldığını göstərən xırda bir nişanədir. Yolun kənarında adi bir xətləmə işini bu formada aparan şəxsin işini görəndən sonra aylarla, bəzən bir neçə il aparılan yol layihələrinin keyfiyyətinə necə güvənəsən? Yoxsa burada da dövlətə, millətin pullarına kəc baxılır?
Bu məsələ ilə bağlı peşə tələbinə uyğun olaraq aildiyyəti qurumun mövqeyini öyrənməyə də cəhd göstərmədik. Əslində, etdiyimiz bu cəhd, özümüzü yormaqdan başqa bir şey olmazdı. Öz günahlarını etiraf etmək əvəzinə, bunu hansısa işçinin məsuliyyətsizliyi və ya çəkib göndərən oxucunun qərəzi hesab etməklə gördükləri işi malalayacaqdılar. Ona görə də bu yazını oxuyub, fotoya diqqətlə baxandan sonra milli.az-a zəng edərək mövqelərini açıqlaya bilərlər, əgər cavabları olsa...
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
Xırdalan parkında təhlükəli vəziyyət: Naqillərin üzəri açıq qalıb - VİDEO
İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvana uçuşlar təxirə salındı - AZAL səbəbini açıqladı
İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı
Bu dəmir yolu marşrutu üzrə bayram reysləri təyin edildi - FOTO
10 Azərbaycan vətəndaşı 38 gün Ermənistanda qalıb
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB









