Yolda sürücüləri aldadıb pul almağın yeni üsulunu tapdılar - VİDEO

Son günlər yollarda sürücüləri müxtəlif bəhanələrlə aldadıb pul alan dələduzlarla bağlı məlumat vermişdik. Bu dəfə isə həmin «yolkəsənlərin» başqa bir videosu yayılıb. Avtosfer.az-ın məlumatına görə, həmin videonu facebookda həkim-kordioloq Azər Məlikov paylaşıb. Azər bəy videoya belə şərh də yazıb: «Bu gün axşamüstü Salyandan Bakıya qayıdırdım. Yolda bir nəfər arxada maşının işiqlarını yandırıb-söndürüb nəsə demək istədiyini bildirdi. Maşını saxladım. Yanımda həkim yoldaşlardan biri də var idi. Bizə yaxınlaşdı, sonra nə baş verdiyini videoda özünüz görəcəksiniz. Yeni dələduzluq nümunəsini Sizlərə təqdim etməkdə məqsədim odur ki, belə həyasızlardan mümükün qədər uzaq olasınız. Dələduzun avtomobilinin nömrəsi 10-ZM-448, «LADA 21010»-dur. Videodakı tarix fərqlidir, çünki registratorun menyusu Çin dilində olduğundan düzəliş etmək mümükün olmadı.
Əvvəl miniatur bir Quran kitabı verir. Sonra isə üzərində ərəb dilində dualar yazılmış lövhəni satır. Çox professional dələduzluq».
Avtosfer.az sürücüləri ayıq-sayıq olmağa, belə dələduzlara aldanmamağı çağırır. Bu avtomobilin nömrəsini yadda saxlayın və aldanmayın. O adamların satdığı malların bazarda dəyəri qat-qat ucuzdur.
Elmin
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək












