Yoldakı çala-çuxurlar: Onlardan hansı sürətlə keçmək daha yaxşıdır?

Təəssüf ki, yolların hamısı ideal örtük keyfiyyəti ilə fərqlənmir. Çuxurlar, çalalar və nahamarlıqlar sürücülərin tez-tez rastlaşdığı maneələrdir. Bu maneələri avtomobilin asqısını qorumaq və hərəkətin təhlükəsizliyini təmin etmək üçün necə keçmək lazımdır?
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, “Tarantas News” nəşrinin ekspertlərinin bu mövzuda bir neçə dəyərli məsləhətini tqdim edir.
Ekspertlərin sözlərinə görə, bir çox sürücü nahamar sahəni keçməyin ən yaxşı yolunun sürətlənmək və tez “sıçramaq” olduğunu düşünür.
“Həqiqətən, sürətlənmə sıçrayışların təsirini yumşalda bilər, çünki asqının titrəmələri gövdə ilə rezonansa girmir və avtomobil daha hamar gedir. Lakin bu yanaşma, amortizatordan aşağıda yerləşən elementlər, məsələn, asqı hissələri və tormoz mexanizmləri üçün ciddi nəticələrə səbəb ola bilər”, – deyə mütəxəssislər bildiriblər.
Onların sözlərinə görə, yüksək sürətdə zərbələr daha güclü olur və amortizator onları yumşaltmağa macal tapmır. Bu, həm amortizatorun, həm də ekstremal yüklərə məruz qalan dönmə yumruqları və toplu yastıqların zədələnməsinə səbəb olur.
“Bundan əlavə, kiçik nahamarlıqlardan tez keçməyə çalışarkən sürücü gözlənilmədən dərin çalalarla qarşılaşa bilər, bu da vəziyyəti idarə etməyə çətinlik yarada bilər. Buna görə, nahamarlıqlardan keçərkən sürəti ən azı 50-60 km/saat-a qədər azaltmaq tövsiyə edilir. Bu rejimdə avtomobil yol qüsurlarının təsirinə daha az məruz qalacaq”, – deyə mütəxəssislər bildiriblər.
Ekspertlər etiraf ediblər ki, təcrübədə bu tövsiyələrə həmişə riayət etmək mümkün olmur.
“Sürücülər həmişə vaxtında sürəti azalda və ya təcili əyləcləyə bilmir ki, bu da avtomobilə zərər vurur. 100 km/saat-dan yuxarı sürətlə hətta kiçik çalalardan keçərkən maşına əhəmiyyətli ziyan vurmaq olar”, – deyə mütəxəssislər qeyd edirlər.
Onlar qeyri-ideal yollara çıxarkən bir neçə qaydaya riayət etməyə çağırıblar.
“Tələsməmək və sürəti 50-60 km/saat həddində saxlamaq daha yaxşıdır. Əks halda, təmir üçün yüksək xərclərə hazır olun. Əgər belə sürücülük üslubu sizə uyğun deyilsə, asqıya müntəzəm qulluq etmək, xüsusi diqqəti amortizatorlara və toplu yastıqlara yönəltmək lazımdır. Onların profilaktikası və vaxtında dəyişdirilməsi gələcəkdə ciddi problemlərdən və xərclərdən qaçmağa kömək edəcək”, – deyə mütəxəssislər sözlərini yekunlaşdırıblar.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












