Yollarda qalmış 500-dək sərnişin mənzil başına QATARLA ÇATDIRILIB

Qazaxıstanda çətin meteoroloji şəraitlə əlaqədar Astana-Qaraqanda, Astana-Pavlodar və Astana-Kokşetau avtomobil yolları müvəqqəti bağlanıb. Çətin vəziyyətdə qalan 500-ə yaxın sərnişin dərhal dəmir yolu nəqliyyatına yönləndirilib. Avtosfer.az “AZƏRTAC” istinadla xəbər verir ki, ən çox sərnişin - 202 nəfər Kurort-Borovoye stansiyasından Astanaya çatdırılıb. Daha 100 nəfər Sarıbel stansiyasından Qaraqandaya və paytaxta göndərilib.
Makinka, Eltay və Akkol stansiyalarından Astanaya isə 76 sərnişin çatdırılıb. Ekibastuzdan dəmir yolu ilə 63, Ereymentau stansiyasından isə 52 sərnişin yola düşüb.
Çətin hava şəraitində dəmir yolu nəqliyyatı ən etibarlı və təhlükəsiz nəqliyyat vasitələrindən biri olaraq qalır.
Bildirilir ki, Qazaxıstanın milli daşıyıcısı sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün bütün lazımi tədbirləri görməyə davam edir və vətəndaşları zərurət olmadıqca uzaq məsafələrə səfərə çıxmaqdan çəkinməyə çağırır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












