Yollarımızda belələri çoxdur; kaskadyor, yoxsa sürücü? - VİDEO

Yollarımızda bəxtəbəxt maşın sürən sürücülərin sayı kifayət qədərdir. Onların axşam evə sağ-salamat gedib çatması, hər hansı qəza törətməməsi sadəcə olaraq, bir möcüzədir. 90-RN-967 dövlət nömrə nişanlı bu avtomobilin sürücüsünün hərəkətlərinə diqqət edin. Abdulla Cəfərli adlı oxucumuzun Avtosfer.az-a göndərdiyi videodan məlum olur ki, sürücü avtomobili yüksək sürətlə idarə edir. Yolda təhlükəli manevrlər etməklə birini sağdan, digərini soldan ötüb qoşa xəttin üstünə çıxır və xəttin tələbini pozaraq sola dönür…
Bəzən sual verirlər ki, hansı sürücüyə avtoxuliqan demək olar? Bu video sualın cavabını tam açıqlayır. Qaydanın ardıcıl olaraq pozulması, cəmiyyətə açıqca hörmətsizlik və digər hallar avtoxuliqanlıq əməlinin təsviridir. Bu videoda biz həmin əməllərin bir neçəsini görürük.
İndi həmin sürücüdən soruşsaq ki, niyə belə edirsən? Deyəcək, tələsirdim. Görəsən, yollarımızda tələsməyən sürücü var? Tələsənlər tələsməyin axırını da nəzərə alsınlar…
Elməddin
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI













