«Yolu su basıb, evdən çölə çıxa bilmirik» - FOTOLAR

“Küçənin başındakı yol yararsız vəziyyətə düşdüyü üçün, artıq 2 gündür ki, heç kim dərsə, işə gedə bilmir”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Cəlilabad rayon sakini Füzuli Cəfərov şikayəti zamanı deyib. Rayon sakininin sözlərinə görə, hazırda onların yaşadığı küçədən rayon mərkəzinə getmək üçün nə piyada, nə də maşın yolu var: “İntensiv yağan yağışlardan sonra Mişarçay su anbarında fövqəladə vəziyyət yaranan zaman küçənin başında olan keçid yolu bərbad vəziyyətə düşüb, orada əlavə kanal açılıb. Məhəmməd Hadi küçəsi, döngə 8, ev 12-də yaşayırıq. Mən və yoldaşım müəllimik və iki övladımız var. Artıq 2 gündür ki, bizim ailədən heç kim məktəbə gedə bilmir. Hazırda rayon mərkəzinə keçmək üçün nə piyada, nə də maşın yolu var. Piyada yolu nisbətən qalsa da, hadisə zamanı yük maşınları işlədiyi üçün dizə kimi palçıqdır. Heç çəkmə ilə də yolu keçmək olmur. Səhər uşağı bir təhər yola salmışıq. Bir ayaqqabısı palçığın içində qalıb, digərini də əlinə alıb geri qayıdıb. Alternativ yol var, o da buradan təxminən 4-5 km uzaqlıqdadır. O yolla sadəcə taksilər işləyir, onlar da 5 manata aparırlar. Müəllim ailəsində hər gün 5 manat yol pulu vermək gücümüz yoxdur. Bundan başqa, bu çətinliyi yaşayan tək biz deyilik. 500-ə yaxın təsərrüfat var və bütün küçə eyni dərddən əziyyət çəkir. Xəstəsi olan var, birdən təcili iş çıxır. Burada həbs olunub qalmışıq”.
F.Cəfərov məsələ ilə bağlı müraciət etdiyi qurumların problemin tez bir zamanda həll olunacağını desələr də, hələ də bir xəbər çıxmadığını bildirib: “Cəlilabad rayon İcra Hakimiyyətinə, yerli Meliorasiya və Su Təsərrüfatına, fövqəladə hal zamanı burada işləyən “Akkord” şirkətinin rayonumuzdakı ofisinə müraciət etmişəm. Hər biri söz versə də, hələki yolla bağlı bir tədbir görülməyib. Onların fikri burada gediş-gəliş üçün piyada keçidi qoymaqdır, ancaq piyada o keçiddən yenə də uzunboğaz çəkmə ilə keçə bilər”.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ













