Yolun ortasında istirahət edən taksi sürücüsü - VİDEO

Oxuculardan biri Avtosfer.az saytına maraqlı video göndərib. Bu, əslində gündəlik rastlaşdığımız mənzərədir. Amma qərara gəldik ki, bu videonu paylaşaq və hər kəs görsün ki, başqasının yoluna çıxıb əlini-qolunu sallaya-sallaya getmək nə qədər eybəcər və pis görüntüdür. Bu, həm də sürücünün sözün əsl mənasında xam və ya özündən razı olmasının göstəricisidir. Gəlin, videonu birlikdə izləyək və zolaqlar üzrə, ümumiyyətlə, yolda düzgün hərəkət etməyi öyrənək, öyrədək.
P.S. Bu videonu göndərən oxucumuzun yazdığı fikirləri də qısaca olaraq diqqətinizə çatdırmaq istərdik. Düşünürük ki, oxucumuz bir qədər əsəbi olub və təhqirlərə yol verib. Amma onun fikirlərini ixtisarla təqdim edirik: «Sizdən xahiş edirəm diqqətlə 90-GZ-977 nömrəli «Mercedes» markalı taksinin etdiyi nöqsanlara baxıb qiymət verəsiniz. Bu, sürücünün dədəsinin yoludur? Mən o … sürücüyə görə qəzaya düşməliyəm, çıxıb bordürlə getməliyəm? Nəyə görə mən və mənim avtomobilimdə əyləşən insanlar bu uzunqulağa görə əsəb keçirməliyik? Yoxsa o içkili və ya narkotik qəbul edib? Kim ona ixtiyar verir ki, o yolda istədiyi kimi avtomobil idarə etsin?
Əgər o sürücü ictimayyət içərisində özünü apara bilmirsə, onda belələrinin yeri məlumdur. Haradandır bu sürücülərdə bu qədər qudurğanlıq? Yol polisi niyə belələrinin cəzasını vermir? Belə sürücülər sanki bu xalqa qarşı düşmənçilik etməyə and içiblər. Onda biz vətəndaşlar özümüz cəzalandıraq belə sürücüləri?
Həmin kadrlarda 90-EB-511 nömrəli «Mercedes» markalı avtomobil də demək olar ki, eyni nöqsanlara yol verir».
Bu kadrlardakı kimi maşın sürənlər tam əmin olsunlar ki, oxucunun dediyi sözlərin 5 qat artığını onlara da deyirlər. Odur ki, gəlin həm qaydalara əməl edək, həm də söyüş sahibi olmayaq. Onsuz da insanların əsəbləri çox gərgindir, biz sürücülər də bu gərginliyi bir qədər də artarmayaq.
Bakıda qadın azyaşlı uşağı motosikletdə belə apardı – TƏHLÜKƏLİ ANLAR
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ
BBAK-a gedən sərnişinlərə xəbərdarlıq - FOTO










