Yolun ortasını dayanacağa çevirib pul yığırlar - VİDEO

Yolun ortasında dayanacaq fəaliyyət göstərir. Burda avtomobil saxlayan sürücülərdən pul alınır. Halbuki ərazidə nə parkomat qoyulub, nə də ki, dayanacağın olduğunu göstərən bir nişan var. Söhbət paytaxtın Nərimanov rayonu, Keşlə bazarının qarşısındakı dairədən gedir. Burada avtomobili saxlayan sürücülərdən parklanma adı ilə Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin nəzarətçiləri qanunsuz pul alırlar.
Sürücülərin sözlərinə görə, bəzi hallarda pul verməmək üstündə mübahisələr də yaşanır. Hətta pul verib dairədə avtomobili park etdikdən sonra yol polisi həmin ərazidən avtomobili evakuator vasitəsilə cərimə meydançasına da aparır.
Nəzarətçilər isə bu ərazidə parklanmaya görə pul almalarını təkzib edirlər.
Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, bununla bağlı sürücülər yol polisinə müraciət etdikdən sonra əraziyə baxış keçiriləcək və qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












