Yük maşını yola beton tökə-tökə gedir – Bakıda – VİDEO

Bakıda betonqarışdıran yük avtomobilinin yola vurduğu ziyan kameraya düşüb. Oxuculardan birinin Avtosfer.az-a göndərdiyi videodan aydın olur ki, 99 JD 225 dövlət nömrə nişanlı betonqarışdıran yük avtomobili Tbilisi prospektindəki dairədə hərəkətdə olarkən yola beton tökülür. Avtomobil Həsən Əliyev küçəsinə daxil olduqda yenə də yola beton tökülür və sürücü maşını saxlayaraq kranı bağlayır. Lakin yola tökdüyü palçığın təmizlənməsi üçün tədbir görmək əvəzinə sürüb gedir. Bununla da o, yükdaşıma qaydalarını pozur və yola ziyan vurduğuna görə də cərimə oluna bilər.
Qeyd edək ki, Bakıda belə hallar tez-tez baş verir. Əsasən də səhər saatlarında yola çıxan sürücülər gecədən yollara beton qarışığının tökülməsinin şahidi olurlar. Belə hallar əsasən döngələrdə də dairəvi hərəkət təşkil olunan yerlədrə baş verir. Bu o deməkdir ki, həmin yük avtomobillərinin sürücüləri döngədə və dairədə sərt manevr edir, normal sürət həddi seçmir və nəticədə palçıq yola dağılır.
Onu da deyək ki, belə hallarla üzləşən sürücülə son dərəcə ehtiyyatlı olmalıdır. Çünki palçıq təzə olanda onun üzərinə çıxan avtomobil sürüşə bilər. Bu da qəzaya səbəb olar. Odur ki, belə hallarla rastlaşdıqda dərhal DYP-nin 902 xidmətinə zəng edib məlumat verin ki, qısa zamanda beton-palçığın oradan təmizlənməsi mümkün olsun. Qalıb quruduqda həmin palçıq asfalta ziyan vurur.
Elmin
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ













