Yük maşınları idarə etmək üçün yaş həddi varmı? - RƏSMİ CAVAB

Ötən həftə Bakıda 5 nəfərin ölümü, 25 nəfərin yaralanması ilə nəticələnən dəhşətli qəza gündəmi zəbt etdi. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, qəzaya səbəb olan yük avtomobilinin sürücüsü Mahmud Əzizovun 19 yaşı olub. Bu açıqlamadan sonra çoxları həmin yaşda gəncin yük avtomobili sürməsini birmənalı qarşılamadılar.
Bəs görək, ölkə qanunvericiliyinə görə, yük maşınlarını idarə etmək üçün neçə yaşdan etibarən icazə verilir?
Rubrikamızın sualına Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidməti aydınlıq gətirib. Bildirilib ki, yük avtomobilləri “C” kateqoriyasına aiddir:
“C" kateqoriyasını əldə etmək üçün 18 yaş tamam olmalıdır. Bunun üçün əlavə tələb yoxdur. Ancaq "C1" (qoşqu) kateqoriyası üçün 1 il nəqliyyat vasitəsi idarə etmək vacibdir. Həmçinin avtobusu sürmək üçün də 5 il təcrübə tələb olunur”.///lent.az
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












