Yük və sərnişin daşımada azalma qeydə alınıb

2021-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yük daşımaları 1,4 faiz və sərnişindaşımaları isə 11,8 faiz azalıb.
Nəqliyyatçılar 744,5 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 95,8 faizi avtomobil nəqliyyatı, 3,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 124,4 milyon ton yük daşınıb.
Yüklərin 3,0 faizi dəniz, 7,8 faizi dəmir yolu, 0,3 faizi hava, 57,0 faizi avtomobil nəqliyyatı, 31,9 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,4 faiz azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,8 faiz təşkil edib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












