Yüksək vəzifəli şəxsin ölkədən çıxışına qadağa qoyuldu

Yevlax Rayon Məhkəməsi vergi orqanının müraciəti əsasında Xaldan bələdiyyəsinin sədri Röyal Cəfərovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edib.
Avtosfer.az "Teleqraf"a istinadla xəbər verir ki, Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edib.
Ərizədə hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 30 985 manat, İşsizlikdən Sığorta Fonduna 1 321 manat, İcbari Tibbi Sığorta Fonduna isə 4 729 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə həmin şəxsin icra orqanının rəhbəri barəsində məhdudiyyət tətbiq olunması xahiş edilib.
Yevlax Rayon Məhkəməsi Yevlax rayonu, Xaldan bələdiyyəsinin sədri Röyal Kazım oğlu Cəfərovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












