“Yüksəliş” Müsabiqəsinin qalibinə ADY-də yüksək vəzifə verildi

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Kamal Hüseynli “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti olan “ADY Ekspress”-də direktor müavini vəzifəsinə təyinat alıb. ADY sədrinin əmri ilə həyata keçirilən bu təyinat gənc və perspektivli kadrların irəli çəkilməsinə verilən əhəmiyyəti bir daha nümayiş etdirir.
Kamal Hüseynli 2022-ci ildə “Yüksəliş” müsabiqəsinin final mərhələsinə vəsiqə qazanıb, bu il isə həyata keçirilmiş sayca dördüncü müsabiqədə qalib adına layiq görülüb. Onun zəngin təhsil və peşəkar təcrübəsi bu uğurun təməlini təşkil edir.
O, 2012-2014-cü illərdə Xaricdə Təhsil Dövlət Proqramı çərçivəsində İsveçrənin Beynəlxalq Cenevrə Universitetində maliyyə və mühasibatlıq ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2016-2017-ci illərdə isə Kamal Hüseynli Barselona Muxtar Universitetində beynəlxalq biznesin idarəolunması üzrə magistr təhsili alaraq universiteti uğurla başa vurub. Hazırda isə o, Böyük Britaniyanın York Universitetində “Azərbaycanın neft iqtisadiyyatından yaşıl iqtisadiyyata keçidi” mövzusunda PhD dərəcəsi üzrə təhsilini davam etdirir. Kamal Hüseynli, həmçinin bir sıra nüfuzlu beynəlxalq maliyyə institutlarının sertifikatlarına layiq görülüb.
Peşəkar iş fəaliyyətinə 2017-ci ildən etibarən Azərbaycan Dəmir Yollarında kiçik maliyyə mütəxəssisi kimi başlayan Kamal Hüseynli müxtəlif illərdə ADY və onun törəmə şirkətlərində iqtisadçı, baş iqtisadçı, büdcə və modelləşmə şöbəsinin rəisi kimi məsul vəzifələrdə çalışıb.
Kamal Hüseynlinin yeni təyinatı ADY-nin gənc və istedadlı kadrların inkişafına verdiyi önəmi, həmçinin insan resurslarının strateji idarə olunması sahəsindəki səylərinin bariz nümunəsidir.
Qeyd edək ki, ADY əməkdaşlarının inkişafını, yerli və beynəlxalq müsabiqələrdə uğurla iştirakını təmin etmək üçün “Liderlik bacarıqlarının inkişaf etdirilməsi”, “Flaqman” kimi proqramlar həyata keçirir. Bu proqramlar ADY-də rəhbər və qeyri-rəhbər vəzifələrdə çalışan, liderlik potensialı yüksək olan istedadları müəyyən edir, onların karyera inkişafına əhəmiyyətli töhfə verir. Xüsusilə, “Flaqman” proqramı yüksək potensiallı əməkdaşların müəyyən olunması, onların idarəçilik bacarıqlarının inkişaf etdirilməsi, fərdi inkişaf proqramlarının hazırlanması, kritik vəzifələr üçün gənc davamçıların yetişdirilməsi və işçi heyətinin təqdir olunması proseslərini özündə birləşdirir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












