Yuyucular arasında problem yarandı - VİDEO

Bakıda yan-yana yerləşən iki avtoyuma məntəqəsi arasında problem yaranıb. Məntəqələrdən birinin sahibi digər obyektin qarşısına çəpər çəkdirib. ANS-in məlmatına görə, Səbail rayonu, Badamdar qəsəbəsi, məktəbli küçəsi, 14 ünvanında yaşayan Qəmər Gülməmmədova bildirir ki, 1993-cü ildən Ağdam rayonundan qaçqın düşüblər. O illərdən bu günə qədər iki oğlu avtoyuma məntəqəsində yuyucu işləyir. Son beş ay ərzində oğlu Fəxriyar icarəyə avtoyuma məntəqəsi götrüb. Amma onun əvvəlki müdiri Raqib Mustafayev Fəxriyarın hər yolla işinə mane olur. Qəmər xanım deyir ki, oğlu Raqib Mustafeyevin sahibi olduğu avtoyuma məntəqəsilə qonşu məntəqəni icarəyə götürüb. Amma Raqib onun oğlunun işlətdiyi məntəqənin qarşısına tor səd çəkib. Bu da Fəxriyarın işlətdiyi məntəqədə müştəri qıtlığına səbəb olub.
Müsahibimizin dediyi kimi, Fəxriyarın icarəyə götürdüyü avtoyumanın önündə tor sədd gördük. Burada gələn müştəri avtomobililə məntəqəyə daxil olur, ancaq çətinliklə. Raqib Mustafeyevin sahibi olduğu məntəqəyə yaxınlaşıb sual verəndə ki, bəs bu sədd nə üçün çəkilib. Sualımıza cavab verən tapılmadı. Az sonra əraziyə gələn şəxs özünü təqdim etmək istmədi və çəkilişə mane olmağa çalışdı. Daha sonra Qəmər xanım bildirdi ki, bu şəxs Raqib bəyin şəriklərindəndir. Onunla xanım arasında mübahisə düşdü.
Bizimlə Raqib Mustafeyv telefon əlaqəsi saxladı. O, bildirdi ki, avtoyuma məntəqəsi onun şəxsi mülküdür. Buranı sənədləşdirib də. Qaldı ki, sədd çəkməsinə, Raqib Mustafeyev dedi ki, məntəqədən yuyulmuş halda çıxan avtomobillər məhz səddin önündə saxlanılır. Bu zaman isə digər məntəqədə maşın yuyulması zamanı təmiz avtomobilər çirk olur. Buna görə də çıxış yolunu əraziyə sədd çəkilməkdə görüblər.
Bu problemlə bağlı Səbail Rayon İcra Hakimiyyətinin Badamdar qəsəbə nümayəndəsinin müavini Elçin Əliyev bildirdi ki, məntəqənin Raqib Mustafyevin mülkündə olub-olmaması ilə bağlı ondan sənəd tələb edilib. Hələlik araşdırma aparılır: “Raqibdən sənədlərin quruma təqdim olunması tələb olunub. Raqib sənədləri sabah quruma təqdim edəcəyini bildirib. Bundan sonra müvafiq araşdırmalara başlanılacaq. Araşdırmaların nəticəsi barədə vətəndaşa məlumat veriləcək”.
Bundan başqa qurum rəsmisi onu da əlavə etdi ki, əgər avtoyuma məntəqəsinin doğurdan da Raqib Mustafeyevin qanuni mülkündə olmasına dair sənəd varsa, o zaman Qəmər xanım mövcud problemlə əlaqədar məhkəməyə müraciət etməlidir.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










