Zal Yusifovun oğlu hakim qarşısında

Lisenziyası ləğv edilmiş "Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin "Bakı” filialının rəhbəri olmuş Zal Yusifovun oğlu İslam Yusifov və onun yaxın dostu İlham Abbasovun barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə İslam Yusifov zərərçəkmiş şəxslərin vəkillərinin suallarını cavablandırıb.
Daha sonra zərərçəkmiş Rafiq Həsənov bildirib ki, övladını prezident aparatına işə düzəltmək üçün İlham Abbasova pul verib və çəkiliş də olunub:
"Övladım Moskvada hüququ bitirib. İlhamı ev alqı-satqısından tanıyıram. Dedi ki, tanışlarım var 6 aya bu məsələ yoluna qoyulacaq. Buna görə məndən 360 min istədi. Dedi ki, 350 min prezident aparatına çatdıracam, 10 min manat isə mənə qalacaq. 90 min manat çatmırdı. Obyektimi satmaq qərarına gəldim. Bunu İlhama həvalə etdim. Obyektimi 850 minə satdı. Mənim özümün də banklara borclarım var idi. Həmin borcları ödəyəndən sonra 90 min manat əlimdə qaldı. Onun üstünə də 270 min qoyub verdim ki, oğlumu işə düzəlt. İlham mənə bu günə qədər 132 min manat pul qaytarıb. Şikayətçiyəm, pulumun da geri qalanını istəyirəm".
Təqsirləndirilən şəxs İlham Abbasov isə ifadəyə münasibət bildirərək zərərçəkmiş şəxsin yalan danışdığını söylədi.
Məhkəmənin növbəti iclası martın 6-na təyin olunub.
Qeyd edək ki, İslam Yusifov ümilikdə 1 milyon 200 min manatdan çox dələduzluqda ittiham edilir. İlham Abbasov isə yalnız bir epizodun törədilməsində onunla iştirak edib.
İş üzrə zərərçəkmişlərin sayı 6 nəfərdir.
İslam Yusifov bundan əvvəl də məhkum olunub. O, 2008-ci ildə atasının rəhbərliyi ilə mühakiməsi aparılan dəstə üzvləri ilə birlikdə mühakimə edilib.
Xatırladaq ki, Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmü ilə Zal Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 313, 320.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 15 il, oğlu İslam Zal oğlu Yusifov isə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Zal Yusifov cəzasının sonu ilə azadlığa çıxsa da, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyib.
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR










