Zaqatalada çayda boğulan kişinin meyiti helikopterlə çıxarıldı - FOTO - VİDEO

Katexçay çayının Zaqatala rayonunun Mazıx kəndindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Abdulxalıqov Abdulbari Müslüm oğlunun meyiti tapılıb.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Xəbərə görə, bu gün gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ çaylarında sululuğun artması, qısamüddətli sel və daşqın müşahidə olunub, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.
Yaranmış vəziyyətlə əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin bir ədəd helikopteri xilasetmə, suçəkmə və digər təxirəsalınmaz tədbirlərin görülməsinə cəlb olunub.
Belə ki, helikopterin cəlb olunması ilə xilasedicilər tərəfindən sel nəticəsində Katexçay çayının Zaqatala rayonunun Mazıx kəndindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Abdulxalıqov Abdulbari Müslüm oğlunun cəsədi çaydan götürülərək aidiyyəti üzrə təhvil verilib.
Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış ərazilərdə, əsas etibarilə, suçəkmə işləri həyata keçirilir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?

















