Zaqatalada həyat yoldaşını baltalayan kişi psixiatriya xəstəxanasına göndərildi

Şəki Ağır Cinayətlər Məhkəməsində Zaqatalada həyat yoldaşını balta ilə qətlə yetirməkdə təqsirləndirilən Fazil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə F.İsmayılovun hadisəni törədərkən anlaqsız olduğu sübuta yetirilib və o, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət məsuliyyətindən və cəzadan azad edilərək ixtisaslaşdırılmış psixiatriya xəstəxanasında məcburi müalicəyə göndərilib.
Xatırladaq ki, hadisə 2020-ci il oktyabrın 21-də günorta saatlarında Zaqatala rayonunun Yengiyan kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Fazil İsmayılov yaşadığı evin həyətində 1978-ci il təvəllüdlü arvadı Zalxa İsmayılovanın baş nahiyəsindən balta ilə zərbələr endirərək, onu qətlə yetirib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və o hadisədə təqsirli bilinərək həbs olunub.
Tibbi ekspertizanın rəyinə əsasən, Fazil İsmayılova “depressiv tipli şizoaffektiv pozuntu” diaqnozu qoyulub.
Hadisədən sonra həbs olunan Fazil İsmayılov 2021-ci ilin martına qədər istintaq təcridxanasında saxlanılıb. 2021-ci ilin martında Zaqatala Rayon Məhkəməsi onun psixiatriya xəstəxanasına yerləşdirilməsinə qərar verib./trend
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












