Zaqatalada karantin qaydalarını pozan şəxslər barəsində tədbir görülüb - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimindən irəli gələn qaydalara riayət edilməsi məqsədilə şəhər ərazisindəki qapalı məkanlarda və ictimai nəqliyyatda monitorinq keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, qapalı məkanlarda keçirilən yoxlamalar zamanı tibbi maskadan istifadə etməyən və yaxud düzgün şəkildə istifadə etməyən satıcı və alıcılara rast gəlinib. Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər aparıb və sanitar-gigiyenik tələbləri izah ediblər. Qaydaları pozanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Həmçinin, iri ticarət mərkəzlərində bəzi müştərilərin COVID-19 pasportu olmadan obyektə daxil olduğu aşkarlanıb. Həmin obyektlərin sahiblərinə ciddi xəbərdarlıq edilib. Əhalinin sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunan qaydalara qeyd-şərtsiz əməl etməyin vacibliyi vurğulanıb.
Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən isə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri sürücülərinin COVID-19 pasportları yoxlanılıb, mövcud tələblər onların diqqətinə çatdırılıb. Eləcə də, ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər aşkarlanıb, onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.




Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT












