Zaqatalada mağazadan oğurluq edən şəxs tutulub

Zaqatalada şəhər ərazisində yerləşən mağazadan 1500 manat pul, 2500 manat dəyərində müxtəlif tütün məmulatları və enerji içkiləri, eləcə də texniki avadanlıqlar oğurlanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Yuxarı Çardaqlar kənd sakini Tamerlan Abdullayev tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayət əməlini etiraf edib və həmin an sərxoş vəziyyətdə olduğunu bildirib. Oğurladıqlarını isə yaşadığı çoxmənzilli binanın həyətindəki yardımçı tikilidə gizlətdiyini qeyd edib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












