“Zazalı”da DYP və DANX-dan anoloqu olmayan xidmət – FOTO

Moderator.az-a Gəncənin girişindəki "Zazalı" postunun DYP əməkdaslarının gözü qarşısında Nəqliyyat Nazirliyi Gəncə Regional Dövlət Avtomobil Nəqliyyatı Xitmətinin əməkdaşlarının özbasınalığını əks etdirən məlumat daxil olub. Bildirilir ki, "VAZ 21905" markalı şəxsi masınla "Zazalı" postunda qeyri-qanunu yolla yük maşınlarını saxlayıb yoxlayırlar. "VAZ-21905" markalı avtomobilin sahibi Camallı Nicat İntiqam oğlu olmasına baxmayaraq, maşın etibarnamə ilə Abbasov İlqar Həşim oğluna məxsusdur. Maşının sahibləri isədepartamentdə isləmir. Amma həmin masının üzərinə Azərbaycanın dövlət gerbini və Nəqliyyat Nazirliyinin adını yazıb "Zazalı" postunda yük avtomobilləri üçün zəmanəmizin Ərəbzəngisinə çevriliblər....
Hətta bu maşını standartdan çıxarıblar. Belə ki, maşının qabaq hissəsini "Ford" yığdırıblar, arxası isə "VAZ" olaraq qalır. Şəkildə tam görünür. Maşın qabaqdan "Ford", arxadan "VAZ 21905"-dir. Departamentin maşınları "VAZ 2107" olduğu üçün onların əlindən qaçan maşını tutmaq olmur. Ancaq 99 FV 348 nömrə nişanlı təzə maşın olduğundan sürətlə gedir.
Maraqlıdır ki, bütün bu pozuntular "Zazalı" postunda xidmət aparan DYP əməkdaşlarının gözləri önündə baş verir, amma bəlli səbəblərdən "susmaq qızıldır" məntiqi qanunları üstələyir...
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
















