Zəfər Günü Bonn şəhərində qeyd olunub - FOTO

Azərbaycanın Zəfər Günü Almaniyanın Bonn şəhərində qeyd olunub.
Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini Nuran Abdullayev Avtosfer.az-a bildirib ki, BMT-nin mənzil-qərargahının önündə reallaşan tədbir Alman-Azərbaycan Mədəniyyət evinin təşkilatçılığı ilə keçirilib.
Azərbaycanın möhtəşəm Zəfərin ildönümünə həsr olunmuş sərgi təşkil olunub.
Açıq havada təşkil olunmuş “Biz Qafqazda sülh istəyirik” adlı sərgidə 30 ilə yaxın müddət ərzində ermənilərin işğal etdikləri yaşayış məntəqələrində törətdiii vandallıqlar alman ictimaiyyətinə “əvvəl və indi” devizli rəsm əsərləri ilə təqdim edilib.
Tədbirdə Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin üzvləri, bu ölkədə yaşayan soydaşlarımız, almaniyalı fəallar və şəhər sakinləri iştirak ediblər.
Tədbirdə həmçinin Azərbaycanın milli musiqiləri canlı ifa edilib.


Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu











