Zəncirvari qəza baş verib, sığorta dəymiş ziyanı ödəmir -VİDEO

Zəncirvari qəza baş verib, sığorta şirkəti isə dəymiş ziyanı ödəmir. Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayn Elşən Xanalıyev deyir ki, aprelin 10-u səhər saatlarında idarə etdiyi minik avtomobilini Ramana qəsəbəsi ərazisində Vidadi Məmmədovun sükan arxasında olduğu minik maşını vurub. Elşən Xanalıyevin maşını da Ramana qəsəbə sakini Kamil Ramazanova məxsus, hərəkətsiz dayanmış minik avtomobilinə dəyib. Hər iki avtomobilə 1200-1300 manata yaxın ziyan dəyib. Polis qəza ilə bağlı protokol tərtib edib. Qəzaya səbəbkar kimi də Vidadi Məmmədov göstərilib. Lakin onun avtomobilini icbari qaydada sığortalayan şirkət digər maşınlara dəymiş zərəri ödəməkdən imtina edir.
Vidadi Məmmədov əvvəlcə digər sürücüləri ittiham etsə də sonradan polisə verdiyi ifadəni xatırlamadığını bildirir. Məsələ ilə bağlı sığorta şirkətindən isə "Xəzər Xəbər"ə bildirildi ki, ərazidəki müşahidə kameralarının görüntülərinə baxıblar və qəzanın səbəbkarının Vidadi Məmmədov olmadığı qənaətinə gəliblər. Bu səbəbdən də digər sürücülərə dəymiş ziyan ödənilməyəcək. Avtomobillərin sahibləri bununla razı deyillərsə, məhkəməyə müraciət etsinlər.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












