Zəngəzur dəhlizinin Qarsa bağlanması gələcəkdə tək dövlət olmağımızın nişanəsi ola bilər

Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan və Türkiyənin başqa ölkələr üzərindən deyil, birbaşa Zəngəzur dəhlizi üzərindən bir-biri ilə görüşməsi və istədikləri yükləri qarşılıqlı şəkildə gətirməsinin önü açılacaq.
Avtosfer.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Türkiyə Dövlət Dəmir Yollarının "TCDD taşımacılık" şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın deyib.
“Qarşıdakı zamanlarda Zəngəzur dəhlizinin Qarsa bağlanması ilə bərabər son dövr baş verən proseslər daha effektiv və daha sürətli formada gələcəkdə Azərbaycanla Türkiyənin tək dövlət olaraq ortaya çıxacağı prosesin nişanəsidir. Bunu da birlikdə yaşayacağıq. Burda siyasi baxımdan başqa ölkələrin də baxışları, açıqlamaları var. Amma biz qardaş Azərbaycanla aramızdakı sərhədləri getdikcə dağıdacağıq, birliyimizi daha üst səviyyəyə çıxaracağıq. Zəngəzur dəhlizi bu deməkdir", - deyə U.Yalçın əlavə edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












