“Zərifə Əliyeva” gəmi-bərəsi Kurık limanına çatıb

İlk səfərinə çıxmış "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus "Ro-Pax" tipli “Zərifə Əliyeva” gəmi-bərəsi bu gün səhər saatlarında Qazaxıstanın Kurık limanına çatıb.
Avtosfer.az xəbər verir ki, səfər zamanı gəmidə 25 heyət nəfəri, 43 sərnişin, 38 yük maşını və 18 minik avtomobili olub. Qayıdanda isə 25 heyət nəfəri, 53 sərnişin, 41 yük maşını ilə geri qayıdacaq
Gəminin axşam saatlarında Bakıya yola düşəcəyi və təxminən 20-22 saata çatacağı proqnozlaşdırılır.
Qeyd edək ki, “Zərifə Əliyeva” gəmi-bərəsi Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.
Daimi heyəti 30 nəfərdən ibarət unikal gəminin uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.
“Zərifə Əliyeva” gəmi-bərəsinin “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcəyi proqnozlaşdırılır.
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA











