Zorla ərə verilən qız və sevgilisi intihar etdi - Ataya cinayət işi başlandı

Yardımlı rayonunda Xanhüseyn Mirzəyev 21 yaşlı qızını zorla ərə verib. Bundan sonra həm qızı, həm də qızının sevgilisi intihar edib. Hadisə ilə əlaqədar ata haqda cinayət işi başlanılıb.
Avtosfer.az xəbər verir ki, rayonun Köryədi kənd tam orta məktəbində müəllim işləyən X.Mirzəyev 1999-cu il təvəllüdlü qızı Bahar Mirzəzadəni zorla öz qohumu və həmkəndlisi Vüqar adlı şəxslə evlənməyə məcbur edib.
2020-ci il martın 8-də qızın toyu olub. Onun sevdiyi oğlan, Saatlı rayon sakini, 2000-ci il təvəllüdlü Cəfər Cəfərqulu oğlu Süleymanzadə buna dözməyərək özünü öldürüb. O, toydan 3 gün sonra, martın 11-də rayon mərkəzində yerləşən peşə liseyinin həyətindən özünü asmaqla həyatına son qoyub.
Bundan sonra sevgilisinin özünü öldürdüyünü eşidən Bahar da intihar edərək canına qıyıb.
İstintaq zamanı hər iki hadisə araşdırılarkən səbəb müəyyən edilib. Təsdiq olunub ki, gənclər X.Mirzəyevin qızını zorla ərə verməsi səbəbindən həyatlarına qıyıblar.
Buna görə B.Mirzəzadənin atası barəsində Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Xanhüseyn Mirzəyev "Qadını nikaha daxil olmağa məcbur etmə" maddəsi ilə təqsirləndirilib.
Yardımlı rayon məhkəməsinin qərarı ilə 2 nəfərin intiharına səbəb olan Xanhüseyn Mirzəyev 3 min manat cərimə olunub. Prokurorluq qərardan narazı qalaraq protest verib və cəzanın ağırlaşdırılmasını tələb edib.
Protestdə qeyd edilib ki, X.Mirzəyevin törətdiyi cinayət əməli ilə qızını həmkəndlisi Vüqarla nikaha daxil olmağa məcbur etdiyini dərk etməklə həmin əməli birbaşa qəsdlə törədib.
Həmin maddədə maksimal cəza 2 il müddətə azadlıqdan məhrum etməkdir. Lakin yuxarı instansiya məhkəməsi qərarı qüvvədə saxlayıb.
Xanhüseyn Mirzəyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu hadisədə günahı olmayıb: "Mənim heç bir günahım yox idi, məhkəmənin qərarı ilə razıyam. Qızım Bahar o oğlanı (ərini) istəmədiyi üçün özünü öldürüb".
(qafqazinfo)
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
DİN-in yeni vəzifəsi müəyyənləşib
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO










