Cəriməni ödəməyən sürücünü nələr gözləyir? – Yol polisi qaydaları İZAH ETDİ - VİDEO

Öyrənək 12 Fevral 2024 15:44 Oxunub 4034
Cəriməni ödəməyən sürücünü nələr gözləyir? – Yol polisi qaydaları İZAH ETDİ   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son vaxtlar vətəndaşların yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələri ödəməməsi halları artıb. Məlum məsələdir ki, cərimələr ödənilmədiyi müddətdə artır, yəni üzərinə faiz gəlir. Həmçinin bu hal hətta sürücülük hüququnun mədudlaşırılması, avtomobilə həbs qoyulması ilə də nəticələnə bilər. Bəzən sonradan yaranan çətinliyi görən vətəndaşlar cərimədən və ya qayda pozuntusundan xəbəri olmadığını ya da “bilmədiyini” deyir. Lakin sürücü bütün qaydaları bilməlidir.

Bəs cərimələr ödənilmədikdə vətəndaşı nə gözləyir?

Avtosfer.az xəbər verir ki, bu sualı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoruı, polis mayoru Araz Əsgərli “AvtoFM”də cavablayıb. O bildirib ki, qanunvericiliyə görə, bir ay ərzində cərimə ödənilməlidir: “Burada heç bir əlavə məsuliyyət nəzərdə tutulmur. Bir aydan üçüncü aya qədər olan hissədə dəbbələr gəlir. Üçüncü aydan isə bunların hamısı bitir. Adam cəriməni ödəmirsə İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin üçüncü bəndinə uyğun olaraq sürücülük hüququnun məhdudlaşdırılmasına yönəldilir. Ödəmədiyi üçün protokolu yol polisi şəxsin yaşadığı yer üzrə məhkəməyə göndərir. Məhkəmənin sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı qərar qəbul etmək səlahiyyəti var. Yol polisi yalnız bir halda - il ərzində cərimə ballarının 20 və daha artıq olduğu halda sürücülük hüququnu məhdudlaşdıra bilər”.

Araz Əsgərli qərarın qəbulundan sonra vətəndaşın nələr etməli olduğuna da aydınlıq gətirərək qeyd edib ki, həmin şəxs cəriməni ödəyib təmizlik haqqında arayış almalıdır: “Sözügedən arayışı məhkəməyə təqdim etməlidir. Bu arayış ilə qərara xitam veriləcək. Çünki qərar qəbul olunması üçün səbəb artıq aradan qaldırılıb. Səbəbin aradan qaldırılmasını məhkəmə görməlidir ki, qərarına xitam versin”.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh