Vətəndaşlar COVID-19 pandemiyasından dərs götürməyib - HƏKİM

Payız mövsümünün gəlişi ilə əlaqədar soyuqdəymə və qripəbənzər xəstəliklər artıb. İmmunitetin zəifləməsi, hava şəraitinə uyğun geyinməmək və xəstə şəxslərin kollektiv mühitlərdə ehtiyatsız davranması virusların sürətlə yayılmasına səbəb olur. Mövsüm dəyişikliyi xüsusilə həssas qruplar üçün risklər yaradır.
Mövzu ilə bağlı Həkim Adil Qeybulla Avtosfer.az-a açıqlamasında bildirib ki, bu, spesifik bir hal değil:

“Həmişə baş verən, gördüyümüz mənzərədir. Payız fəsli gələndə insanlar xəstələnməyə başlayırlar. Çoxsu geyim formasını düz seçmir, kondisionerə öyrəşir, bir müddət ondan əl çəkə bilmir. Soyuqdəymə baş verir, immun sistemi zəifləyir, viruslar fəallaşır. Ondan sonra isə orqanizmdə qripəbənzər əlamətlər, yuxarı tənəffüs yollarının iltihabı baş verir. Burada təkçə qrip deyil, müxtəlif mənşəli viruslar, hansı ki havadamcı yolu ilə keçir, fəallaşır və qripəbənzər bir mənzərə yaranır və həmin şəxs yoluxur. Bəla burdadır ki, həmin şəxs kollektivə gəlir və başqalarını yoluxdurur. Biz COVID-19 pandemiyasından dərs götürmədik, insanlar bir-birini qorumalıdırlar. Ona görə də xəstə olan zaman maskadan istifadə etmək lazımdır. Qapalı yerdə, avtobusda, müxtəlif tədbirlərdə, qapalı mühitdə maskadan istifadə zəruridir. Əks halda asqırdıqda, öskürdükdə bütün o mikroblar ətraf mühitə dağılır və tənəffüs yollarına düşür və başqalarını xəstələndirir. Bir xəstə adam başqa bir insanın həyatına son qoya bilər. Ağır xəstəlikləri olan bir zəif adam yoluxa bilər və ondan dünyasını dəyişə bilər. Yer kürəsində qripdən hər il 1 milyona yaxın insan dünyasını dəyişir. Ona görə də mən hesab eləyirəm ki, biraz bu məsələyə ciddi yanaşılmalıdır”.
Züleyxa
Avtomobil salonunda bu ətirlərdən istifadə etməyin – DİQQƏT
Bu yolayrıcında hərəkət üstünlüyü bilinmir: Sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Gecə avtomobilin salon işığını yandırmaq təhlükəlidirmi? – ARAŞDIRMA
Sükan arxasında bu detal qəza riskini azalda bilər – TÖVSİYƏ – VİDEO
Nişan düzgün qoyulmayan yolda qəza baş verərsə, kim məsuliyyət daşıyır? – AÇIQLAMA - VİDEO
Bakıda bir neçə yol bağlanır - SƏBƏB
Sumqayıtdan gələn sürücülər “20 Yanvar”da harada sərnişin düşürə bilər? – VİDEO
Sola dönmək qadağandır nişanı olan yerdə geriyə dönmək olar? – İZAH - VİDEO
Ata avtomobilini oğluna etibarnaməsiz verə bilərmi – QANUN NƏ DEYİR? - VİDEO
Bu ərazidə yaşıl işıqda hərəkət edəndə də cərimə oluna bilərsiniz – VİDEO
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər












