"AA" nömrəli avtomobilin sürücüsü qanunu kobud şəkildə pozdu - VİDEO

"AA" nömrəli avtomobillə qayda pozan sürücünün videogörüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyamıza göndərib. Avtosfer.az xəbər verir ki, 31-AA-107 qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsü iyulun 2-i İsmayıllı rayonu Xanagah kəndi ərazisində hərəkətdə olarkən bütöv xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağında ötmə əməliyyatı edib. Daha sonra o, yenidən bütöv xəttin tələbini pozaraq qismən əks zolağa keçib, lakin qarşıdan avtomobillər gəldiyi üçün ötmə əməliyyatını həyata keçirə bilməyib.
Videodan da aydın şəkildə görünür ki, sürücü qaydaları pozub getdiyi ünvana tez çatmaq istəsə də, videoqeydiyyat aparılan avtomobildəki intizamlı sürücü ilə ard-arda gedir. Yəni qaydaları pozmaq onun tez çatmasıyla yox, təhlükə və hətta qəzayla üzləşməsinə yol açır.
Təbriz
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO
Özündən xəbəri olmayan sürücü ard-arda 3 qayda pozdu - VİDEO
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO











