Avtobusla 3 metrlik yolda geriyə dönmək istəyən avtobus sürücü yolu kəsdi - VİDEO

Qaydalar 13 İyul 2026 11:00
Avtobusla 3 metrlik yolda geriyə dönmək istəyən avtobus sürücü yolu kəsdi  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Xırdalan şəhərində yol hərəkəti qaydalarını pozan avtobus sürücüsü digər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində baş verib.

Belə ki, 90-JQ-566 dövlət qeydiyyat nişanlı "Isuzu" markalı avtobusun sürücüsü yolun ensiz hissəsində geriyə dönməyə cəhd edib. Manevri yerinə yetirmək üçün bir neçə dəfə irəli və geri hərəkət edən sürücü hər iki istiqamətdən gələn avtomobillərin yolunu bağlayaraq sıxlıq yaradıb.

Qeyd edək ki, həmin küçədə bir qədər irəlidə geriyə dönmək üçün münasib yer olmasına baxmayaraq, sürücü manevri yolun ensiz hissəsində yerinə yetirməyə çalışıb.

Yol hərəkəti qaydalarına əsasən, sürücü geriyədönmə manevrini digər hərəkət iştirakçılarına maneə yaratmadan yerinə yetirməlidir.

 

Fərid

Oxunub : 286
ŞƏRH YAZ
Ad

E-mail

Şərh