Qırmızı işıqda keçən sürücü piyadanı vurmaqdan güclə yayındı - ANBAAN VİDEO

Paytaxtın Nərimanov rayonu, Xəlil Rza Ulutürk küçəsində kobud qayda pozan sürücü qəzadan son anda yayınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 7-də saat 20:06 radələrində qeydə alınıb. Müşahidə kamerasının qeydə aldığı görüntülərdən görünür ki, 99-PY-201 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında dayanmadan hərəkətini davam etdirib.
Sürücü, həmçinin piyada keçidindən keçən şəxsə üstünlük verməyərək avtomobili keçidin üzərinə sürüb. O, piyadanın yolu tam keçməsini gözləmədən hərəkət etməyə cəhd göstərib və nəticədə avtomobil piyadaya toxunub. Sürücü son anda nəqliyyat vasitəsini saxlayaraq daha ağır nəticələrin qarşısını alıb.
Hadisədən sonra piyada sürücüyə yaxınlaşaraq etirazını bildirib. Lakin bununla da qayda pozuntuları bitməyib. Belə ki, sözügedən sürücü işıqforun qadağanedici siqnalının son saniyələrini gözləmədən yolayrıcına daxil olaraq digər hərəkət iştirakçıları üçün də təhlükəli vəziyyət yaradıb.
Nərmin
Həm təhlükə yaratdı, həm də təhqir etdi: "Nə var ə bambılı" - VİDEO
Sürücü etdiyi hərəkətin məsuliyyətindən xəbərsizdir: 150 manat cəriməsi var - VİDEO
Tıxacdan yayınan motosikletçi əks yola çıxıb axına qarşı hərəkət etdi - VİDEO
İşıqforun yaşıl işığında qəfil dayanan sürücü qəza şəraiti yaratdı - VİDEO
Bakıda yol kənarını “özəlləşdirdilər” – Sürücülər maşın saxlaya bilmədi - VİDEO
Binədə sürücü hər gün maşını piyada keçidinin qarşısında saxlayıb təhlükə yaradır - 99-LK-176 - VİDEO
“Dayanmağa yer tapmırıq” deyib səkini zəbt edirlər – ŞİKAYƏT - VİDEO
Gecələr sakinləri narahat edən 39 motoxuliqan saxlanıldı - Abşeronda reyd - VİDEO
Taksi dayanacağını zəbt edən sürücü mübahisə də etdi - VİDEO
Kobud qayda pozan sürücü kameradan yayınmaq üçün bu üsula əl atdı - VİDEO
Dairədəki avtomobilə yol verməyib qəza şəraiti yaratdı - 10-DJ-014 - VİDEO










