Avtobuslarda maskadan istifadəyə nəzarət tədbirləri artırılıb - BNA

Cəbhədə uğurlu əks-hücum əməliyyyatı aparan şanlı Ordumuza, eyni zamanda daxildə gizli düşmənə - COVID-19 infeksiyasına qarşı mübarizə aparan fədakar həkimlərimizə dəstək olmaq üçün bu günlərdə arxa cəbhədə olan bizlərdən daha məsuliyyətli olmaq tələb olunur. Hər birimiz üçün həssas olan bu günlərdə çalışmalıyıq ki, əlavə resurslar cəlb etmədən hər iki istiqamətdə qələbə qazanaq.
Ölkəmizdə koronavirus infeksiyasına qarşı sistemli mübarizə tədbirləri həyata keçirilir. Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtlar koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur.
Son günlər aparılan müşahidələr onu göstərir ki, hələ də bəzi sərnişinlər avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etmirlər və bu da yoluxma halları riskini artırır. Bu baxımdan, avtobuslarda sürücülərin və sərnişinlərin tibbi maskadan istifadə qaydalarına riayət etməsi üçün tərəfimizdən əlavə tədbirlər həyata keçirilməkdədir. Sərnişin axını nəzərə alınmaqla, əvvəlcədən müəyyən olunmuş məntəqələrdə əməkdaşlarımız tərəfindən sürücülərin və sərnişinlərin tibbi maskadan istifadəsinə nəzarət daha artırılıb. Həmçinin, sərnişinlərlə maarifləndirmə xarakterli söhbətlər aparılır və maskadan istifadənin vacibliyi bir daha onların diqqətinə çatdırılır.
Tibbi maskdan istifadənin mütləq olduğunu nəzərə alaraq, bir daha sərnişinlərə bu məsələlərə anlayışla, sosial məsuliyyət mövqeyindən yanaşmağı tövsiyə edirik.
Masazır dairəsində "ağıllı" sürücülərə görə hərəkətin təşkili dəyişdirilməlidir - VİDEO
Balaxanı-Mehdiabad yolunda təhlükəli ötmə sürücünü çıxılmaz vəziyyətə saldı - VİDEO
Bir maşın qabağa keçmək üçün kobud qayda pozdu - 77-PB-096 - VİDEO
Yolu kəsən sürücü sonra da özünü haqlı çıxarmağa çalışdı - VİDEO
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO













