«Azəryolservis» yol çəkir, vətəndaşlar dağıdır - FOTOLAR

Yol təsərrüfatına ziyan təkcə yol nəqliyyat hadisələri zamanı dəymir. Avtosfer.az "Azəryolservis"ə istinadən təqdim etdiyi fotolarda avtomobilyuma məntəqəsinə və tikinti materialları satılan mağazalara giriş-çıxışı daha da asanlaşdırmaq və genişləndirmək üçün obyekt sahibləri səki daşlarını bax belə dağıdırlar.
«Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Avtosfer.az-a bildirib ki, bəzi vətəndaşlar öz şəxsi mənafelərini hər şeydən üstün tuturlar: «Bu zaman yol təsərrüfatına dəyən maddi ziyanı bir kənara qoyaq. Bu cür insanlar və bəziləri hər şeyə “mənim deyil” fikri ilə yanaşırlar. Əsas problemi də məhz “mənim deyil, nə olursa olsun” fikrindədir. Fotolarda avtomobil yuma məntəqəsinə və tikinti materialları satılan mağazalara giriş-çıxışı daha da "asanlaşdırmaq" və ya genişləndirmək üçün obyekt sahibləri səki daşlarını bax belə dağıdırlar. Burada əsas məqam odur ki, onlara yol verilib, ancaq daha da geniş yol istəyirlər ki, daha rahat olsun. Tikinti materialları mağazaları olan cərgədə bir-neçə yerdən giriş-çıxış verilib. Ancaq bunlar hərəsi öz mağazasının qabağından yol istəyiblər ki, maşınları ilə rahat girib-çıxsınlar. Bir 10-15 metr yol qət etmək istəmirlər».
Qeyd edək ki, fotolarda əks olunan avtoyuma məntəqəsi təzə təmir olunmuş Əhməd Cəmil küçəsindədir. Tikinti materialları olan yer isə «Baksol yolu»nun Ziya Bünyadova çıxan hissəsidir.
Elmin



Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO














