Bakı-Sumqayıt yolunda bunu etsəniz gedəcəyiniz ünvana tez çata bilərsiniz - VİDEO

Sürücülərin əksəriyyəti avtomobil yollarında sol zolaqla hərəkət etməyə üstünlük verirlər. Bu cür hərəkət edənlər sol zolaqda həm sıxlığa səbəb olur, həm də qəzaların baş verməsinə şərait yaradır. Sürücülər elə düşünür ki, yolda tətbiq edilən maksimal sürətlə hərəkət edirlərsə yalnız sol zolaqla hərəkət etməlidirlər. Bu isə yanlış anlayışdır. Yoldakı maksimal sürətlə hərəkət edən zaman sağ zolaqdan da rahat və təhlükəsiz istifadə etmək mümkündür. Avtosfer.az buna uyğun sizə videonümunə təqdim edir.
Bakı-Sumqayıt yolunda qeydə alınan videodan aydın şəkildə görünür ki, sürücülərin əksəriyyəti sol zolaqla hərəkət edərək sıxlıq yaradır, sağ zolaq isə tam boş haldadır. Sağ zolaqda 90 km/saat sürətlə hərəkət edən zaman gedəcəyiniz ünvana tam şəkildə maneəsiz və daha tez çatmaq olur. Videonu qeydə alan sürücü 90-la hərəkət edərək sol zolaqlarda sıxlıq yaradan sürücüləri sağdan keçərək hamısını üstələyib.
Xatırladaq ki, “Yol Hərəkəti Haqqında Qanun”un 49-cu maddəsində də qeyd olunub ki, “yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır”.
Bakı-Sumqayıt yolu yaşayış məntəqəsindən kənar olduğu üçün sağ zolaq boş olan halda digər zolaqlarla hərəkət edən sürücülərə 40 manat cərimə yazıla bilər.
Təbriz
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












