Bakı-Sumqayıt yolunda reyd və əlbəyaxa dava - VİDEO

Sentyabrın 17-də Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzasından sonra Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həmin yolda reydlərə başlayıb. "Report"un reyddə iştirak edən əməkdaşı xəbər verir ki, reyd qanunsuz olaraq sərnişindaşma fəaliyyəti ilə məşğul olan, xətdən kənar, lisenziya və müvafiq sənədlər olmadan idarə olunan avtobus və mikroavtobus sürücülərinə qarşı keçirilib. Reyd zamanı 10-a yaxın sürücü cərimələnib və qanunsuz sərnişindaşıma ilə məşqul olan avtobus və mikroavtobuslar cərimə meydançasına aparılırb.
Reyd zamanı qaydaları pozan və əmrə tabe olmayan, müvafiq sənədlər təqdim etməyən sürücülərlə DANX və BDYPİ əməkdaşları arasında mübahisələr də düşüb. Onlar Daxili İşlər Nazirliyinin (DİN) Post Patrul Xidmətinin əməkdaşları tərəfindən polis şöbəsinə aparılıb.
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 8 saylı regional ərazi idarəsinin böyük məsləhətçisi Vüqar Nuriyev "Report"a bildirib ki, Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı nazirlik heç bir məsuliyyət daşımır. Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunda qəzaya düşən mikroavtobusun Nəqliyyat Nazirliyinə heç bir aidiyyəti yoxdur: "Qəzaya uğrayan mikroavtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurmuş. Mən Sumqayıt sakinlərinə səslənirəm ki, xətdən kənar, qanunsuz fəaliyyət göstərən mikroavtobuslara minməsinlər. Çünki onlar lisenziya almadan, sənədsiz, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar. Nəticədə də bu kimi qəza halları baş verir, insanlar həyatını itirir, yaralanır".
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT













