Bakı yollarında hərəkət qaydaları dəyişdirilir – FOTO

Paytaxtda sərnişin daşımaları sahəsində xidmət keyfiyyətini yüksəltmək, şəhərdə avtomobil sıxlığını və digər nəqliyyat problemlərinin aradan qaldırılması məqsədilə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən tərəfindən irəli sürülən və dekabr ayında icra olunan təklifləri barədə məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən hazırlanan təkliflər işlənib hazırlanıb və baxılması üçün aidiyyəti qurumlara (Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, “Azəryolservis” ASC və s.) təqdim edilib.
NİİM tərəfindən irəli sürülən və dekabr ayında icra olunan təklifləri təqdim edir:
1.Həsən bəy Zərdabi ilə Əbdürrəhim bəy Haqverdiyev və Mirəli Seyidov küçələrinin kəsişməsindəki mövcud svetofora, Həsən bəy Zərdabi küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinə Mirəli Seyidov küçəsinə sağa dönmə əməliyyatının yerinə yetirilməsi üçün daimi yanan əlavə sağa dönmə bölməsinin quraşdırılması təklifi.
2.Həsən bəy Zərdabi ilə Əsəd Əhmədov küçələrinin kəsişməsindəki svetofora, Həsən bəy Zərdabi küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinə Əsəd Əhmədov küçəsinə sağa dönmə əməliyyatının yerinə yetirilməsi üçün əlavə sağa dönmə bölməsinin quraşdırılaraq svetoforun müvafiq fazasında istifadəsi təklifi.
3.Moskva prospekti, FHN – nin qarşısında yerləşən yerüstü piyada keçidindən, piyada keçidinin yanında yerləşən avtobus dayanacağına piyadaların istifadəsi üçün yol çəkilməsi təklifi (təklif “Avto FM”-də yayımlanan “Dispetçer” verilişində səsləndirilib və vətəndaşın müraciəti əsasında icra olunub).
4.3 mkr və 7 mkr ( Binəqədi RPİ –nin qarşısı ) dairələrində “ Dairəvi hərəkət” nişanlarının qoyulması təklifi. Təklif qismən icra olunub ( 3 mkr dairəsində “Dairəvi hərəkət” yol nişanları quraşdırılıb, 7 mkr dairəsində hələ ki quraşdırılmayıb)
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












