Bakıda avtobus aşıb insanlara ŞOK yaşatdı – YENİ VİDEO

Avtobus qəzalarının əksəriyyəti sürücülərin səhlənkarlığı, yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları və ya, ümumiyyətlə, qaydalardan xəbərsiz olmaları ucbatından baş verir. Avtosfer.az-ın təqdim etdiyi bu qəza videosundda olduğu kimi.
Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəza doğrudan da gözlənilməz idi. Çünki bura yolun hərəkət hissəsi yox, metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında yerləşən «McDonalds»ın qarşısında avtobus dayanacağıdır. Burada hərəkət o qədər də intensiv deyil. Kadrlardan da görünür ki, ərazidə sıxlıq müşahidə olunmur. Aşağı sürətlə hərəkət edən avtobusun sürücüsünün birdən-birə qaz verməsi, nəqliyyat vasitəsini səkiyə çıxarıb aşırması başadüşülən deyil. Çox güman ki, sürücü ya yuxulu olub, ya da fikri başqa yerdə imiş.
Avtobusun qəfil aşması ətrafdakıları qorxudur. Çünki avtobus aşan kimi yanacaq çəni deşilir və benzin axmağa başlayır. Buna baxmayaraq, bir neçə nəfər avtobusun üstünə çıxaraq qapıları açmağa çalıhır. Bəziləri isə benzin axdığını görən kimi geri qayıdır. Avtobusdakı sərnişinlər pəncərədən çıxmağa cəhd edirlər.
Elməddin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












