Bakıda bu ərazidə sürücülər "protiv sürdü"; Yol polisi hərəkətə keçdi - VİDEO

Bakı Şəhər DYP İdarəsindən bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a açıqlamasında bildirib ki, paytaxtın Xəzər rayonu Binə qəsəbəsində sürücülərin əks istiqamətli hərəkət yoluna çıxaraq nəqliyyat axınına qarşı hərəkət etməsini əks etdirən videogörüntü ilə bağlı Xəzər RPİ-nin DYP Şöbədində araşdırma aparılır. Yol hərəkəti qaydasını kobud şəkildə pozan və digər nəqliyyat vasitələrinə təhlükə yaradan sürücülər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülür.
***
13:11
***
Bakının Xəzər rayonunun Binə qəsəbəsində sürücülərin kütləvi şəkildə əks yola çıxaraq hərəkət etməsini əks etdirən görüntülər yayılıb.
Avtosfer.az xəbər verir ki, görüntüləri jurnalist Səid Qərib paylaşıb.
Görüntülərdə qəsəbənin əsas yollarından biri sayılan Əli İsazadə prospektində qaydalarının kobud şəkildə pozulması öz əksini tapıb.
Qeyd edək ki, sürücülər prospektdə nə yol nişanlarına, nə də hərəkət qaydalarına riayət edirlər. Bu isə hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradır.(baku.ws)
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO












