Bakıda fırıldaqçı sürücü peyda olub: DYP rəisinə müraciət! - FOTO- VİDEO

Avtomobilin qeydiyyat nişanına qara yapışqan lent vuraraq fırıldaqçılıq edən sürücü barəsində redaksiyamıza məlumat daxil olub.
Elşən Həsənli adlı oxucu Avtosfer.az">Avtosfer.az-a müraciət edərək bildirib ki, idarə etdiyi 90-PE-334 qeydiyyat nişanlı "LADA GRANTA SD 21902-000-A2" markalı avtomobili ilə qayda pozmadığı halda xüsusi texniki vasitənin köməyi ilə barəsində elektron qərar tərtib olunub. Elektron kabinetinə baxış keçirən zaman məlum olub ki, xətanı eyni markada və eyni rəngdə olan digər "LADA GRANTA LB 21912 000 A2" markalı 90-PF-334 qeydiyyat nişanlı avtomobilin sürücüsü törədib. Xətanı törədən sürücü qeydiyyat nişanındakı "F" hərfinin aşağı hissəsinə qara yapışqan lent vuraraq "E" hərfi etdiyi üçün protokollar Elşən Həsənli adlı sürücünün adına tərtib olunub.
E.Həsənli bildirir ki, 90-PF-334 qeydiyyat nişanlı avtomobili idarə edən sürücünü taparaq ona bu barədə xəbərdarlıq edərkən, həmin sürücü etdiyi hərəkəti boynuna alaraq cərimələri ödəyəcəyini bildirib. Bundan sonra Elşən Həsənli Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi müraciət edərək barəsində tərtib edilmiş qərarlara xitam verilməsini xahiş edib. Lakin onun ərizəsi hələ də cavabsız qalıb.
Elşən Həsənli onu da bildirib ki, xətanı törədən sürücü etdiyi hərəkətin üstü açıldığı üçün qeydiyyat nişanındakı "P" hərfinin aşağı hissəsinə qara yapışqan lent vuraraq "R" hərfi ilə əvəz edib. Fırıldaqçılıq edən həmin sürücünün qayda pozuntuları barədə tərtib olunmuş elektron qərarlar bundan sonra 90-RF-334 qeydiyyat nişanlı "LEXUS IS350" markalı avtomobilin sahibinin adına rəsmiləşdiriləcək.
Oxucu, Avtosfer.az">Avtosfer.az saytı vasitəsi ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Cənab Ramiz Zeynalovdan fırıldaqçılıq edən sürücünün tapılıb sərt şəkildə cəzalandırmasını xahiş edir.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












