Bakıda qəza törədib qaçan sürücü saxlanılarkən məlum olub ki... - FOTO

Bakıda narkotik vasitənin təsiri altında olan sürücü qəza törədərək hadisə yerindən yayınıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, 10-PR-192 qeydiyyat nişanlı "Toyota Corolla" markalı avtomobilin sürücüsü noyabrın 25-i paytaxtın Azərbaycan prospektində hərəkət edərkən yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınıb. Yol Patrul Xidməti əməkdaşları onu dayandırmaq istəyərəkən tabesizlik göstərən sürücü yol hərəkəti qaydasını müxtəlif üsullarla davamlı şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edib. Nəticədə sürücü paytaxtın Cəlil Məmmədquluzadə küçəsində dayanıdırılaraq Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə təhvil verilmişdir. Sürücü saxlanılarkən məlum olub ki, bu hərəkətləri edərkən narkotik vasitənin təsiri altında olub. O, həmçinin komendant saatının tələbini də pozub.
Sürücü Əzizov Zaur Ağaramiz oğlu barəsində "İnzibati Xətalar Məcəlləsi"nin müvafiq maddələri ilə tərtib edilmiş protokol Yasamal Rayon Məhkəməsinə göndərilib və noyabrın 26-da keçirilmiş məhkəmə iclası zamanı bütün materiallar təqdim edilərək sürücünün etdiyi hərəkətlər sübuta yetirilib. Məhkəmənin qərarı ilə sürücü Əzizov Zaur Ağaramiz oğlunun sürücülük hüququ 1 ilədək məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs edilib.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












