Bakıda səfirlik avtomobilindən özbaşınalıq - VİDEO
Qaydalar
30 Oktyabr 2020 15:30

Bakıda Bolqarıstan səfirliyinə məxsus avtomobil dəfələrlə qayda pozuntusuna yol verib. Report.az xəbər verir ki, qısa müddət ərzində bir neçə dəfə təhlükəli manevr edərək, yol-hərəkəti qaydalarını pozan 031 D 001 seriyalı qırmızı dövlət nömrə nişanlı diplomatik korpusa məxsus avtomobil təhlükəli vəziyyətlərə səbəb olub.
Görüntülərdən də aydın olduğu kimi, avtomobil işıqforun qadağanedici qırmızı işığında hərəkət edir, daha sonra isə hərəkətin qadağan olunduğu yola əks istiqamətlə daxil olur.
Qanunsuz hərəkətlərini bununla da bitirməyən sürücü avtomobili elə yolun əks istiqamətində də saxlayaraq düşüb gedir.
Hadisə şahidləri bildirir ki, sürücü manevr edən zaman xüsusi səs siqnalını da qoşub.
Görünən odur ki, bir neçə dəqiqə ərzində dəfələrlə yol-hərəkəti qaydalarını pozan avtomobili idarə edən şəxsin daimi sürücülük tərzi belədir.
Oxunub : 6738
DİGƏR XƏBƏRLƏR
23 Oktyabr 2026 19:40
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 18:37
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
23 Oktyabr 2026 16:30
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 16:00
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
23 Oktyabr 2026 10:00
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
23 Oktyabr 2026 09:00
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
22 Oktyabr 2026 18:00
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
22 Oktyabr 2026 17:00
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
22 Oktyabr 2026 15:18
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
22 Oktyabr 2026 09:00
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
21 Oktyabr 2026 17:00
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
21 Oktyabr 2026 14:30
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
ŞƏRH YAZ












