Bakıda xanım sürücünün yolunu kəsib uşağı vuran şəxs həbs edildi - VİDEO

Xəbər verdiyimiz kimi Binəqədi rayonunda xanım sürücünün azyaşlı övladları ilə birlikdə hərəkətdə olan zaman başqa bir nəqliyyat vasitəsinin sükanı arxasında olan şəxslə aralarında mübahisənin baş verməsi barədə videogörüntülər yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, həmin görüntülər barədə dərhal araşdırmalara başlanılıb.
Məlum olub ki, noyabr ayının 28-də baş verən hadisə zamanı 99-VM-967 qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü paytaxt sakini olan Təhməzov Vüqar Musa oğlu idarə “Chevrolet” markalı avtomobillə hərəkətdə olan zaman dəfələrlə manevr qaydalarını pozub və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradıb. İş üzrə aparılan araşdırmaları davam etdirmək məqsədilə sürücü V.Təhməzov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə təhvil verilib. Sürücü Vüqar Təhməzov barəsində Polis Bölməsində inzibati protokol tərtib olunaraq baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin noyabrın 30-da qəbul edilmiş qərarı ilə V.Təhməzov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 sutka müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq Avtosfer.az-a saytı dünən yaymışdı.
Emin
Sürücülərin tez-tez zolaq dəyişməsi qəza riskini artırır - MÜTƏXƏSSİS
"BakuBus" sürücüsünün təhlükəli hərəkəti: Avtomobilin yolunu kəsdi - VİDEO
Bakıda gözlənilməz qəza: Qırmızıda keçən velosipedçi maşına çırpıldı - VİDEO
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
Şəhərin mərkəzində “hoqqa” verən velosipedçi görün özünə necə haqq qazandırdı - VİDEO
“VAZ” sürücüsündən təhlükəli manevr: Qarşıdan gələn maşının üzərinə sürdü - VİDEO











