Bakıda yolu kəsib təhlükə yaradan sürücü CƏRİMƏLƏNDİ - VİDEO - YENİLƏNİB

Bakıda qaydaları kobud şəkildə pozan sürücü cərimələnib. Bu barədə sürücünün yaxınlarından biri Avtosfer.az-ın qaynar xəttinə məlumat verib. Onun sözlərinə görə, KİV-də yayılmış videogörüntüdən sonra 99-EU-909 qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobilin sürücüsü Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət olunub və manevr qaydasını pozduğu üçün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə tərtib edilib.
26.10.2022, 12:29
Bakıda qaydaları kobud şəkildə pozan xanım sürücünün videosunu oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 21-də, paytaxtın Vaqif prospektində qeydə alınıb. Oxucunun sözlərinə görə, 99-EU-909 qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobilin xanım sürücüsü ondan yol istəyib. Lakin bunun üçün şərait olmadığından ona yol verə bilməyib: “Mən öz zolağımla qaydalar çərçivəsində hərəkət edən zaman, xanım sürücü arxadan gələrək səs və işıq siqnalları ilə məndən yol istədi. Videodan da görünür ki, ona yol vermək üçün heç bir şəraitim yoxdur. Xanım sürücü qəzəblənərək qarşıma keçdi və mən manevr etdikcə o da manevr edərək qarşımı kəsməyə başladı. Daha sonra isə ötmə və manevr qaydalarını kobud şəkildə pozaraq yoluna davam etdi” – deyərək oxucu bildirib.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












