Bakını lərzəyə salan "avtoş"un ŞOK HƏRƏKƏTLƏRİ - VİDEO

Bakıda və rayon ərazilərində avtoxuliqanlıq edən daha bir sürücü öz videolarını çəkərək sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, 99-CB-091 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü paytaxtın bir sıra küçə və prospektlərində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib.
O cümlədən sürücü nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxarıb və yolun səthində çoxsaylı təkər izləri buraxıb. O, paytaxtın Mətbuat prospektində digər sürücü ilə yarışa çıxaraq qarşıda hərəkət edən avtomobilə təhlükəli anlar yaşadıb.
Qeyd edək ki, sürücü avtomobilin konstruksiyasında da ciddi dəyişikliklər edib. Belə ki, avtomobilin ön faralarını sayrışan rejimə keçirərək normativ tələbləri kobud şəkildə pozub.
Ümid edirik ki, Dövlət Yol Polisi əməkdaşları sürücünün məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər həyata keçirəcək.
Təbriz
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB











