Bakıya giriş qadağan edilib?- müəmmalı yol nişanı - VİDEO

Dövlət Yol Polisi İdarəsinin Qaradağ postunda sürücülərin Bakı istiqamətində hərəkətini qadağan edən yol nişanı quraşdırılıb. Avtosfer.az xəbər verir ki, Bakı şəhəri istiqamətində yolun hərəkət hissəsinə 3.3 mexaniki nəqliyyat vasitələrinin hərəkətini qadağan edən nişan və onun altında isə 5.30.2 yük avtomobilləri üçün tövsiyə olunan hərəkət istiqaməti nişanı quraşdırılıb. Qeyd edək ki, hər iki nişan mahiyyətinə uyğun olaraq səhv quraşdırılıb.
Belə ki, 3.3 nişanı ümumiyyətlə bütün nəqliyyat vasitələrinin (minik, yük, avtobus, traktor, motosiklet və.s) hərəkətini qadağan edir. Bu nişanın mənası onu bildirir ki, həmin yol sahəsinə heç bir nəqliyyat vasitəsi daxil ola bilməz.
Digər 5.30.2 nişanı yolayrıcında hərəkət istiqamətlərindən biri üzrə 3.4 nişanı vasitəsilə yük avtomobillərinin hərəkəti qadağan edildikdə həmin nəqliyyat vasitələri üçün tövsiyə olunan hərəkət istiqamətini göstərir. Bu nişan məcburi hərəkət istiqaməti müəyyən etmədiyi üçün yük avtomobillərinin sürücüləri fərqli istiqamətdə hərəkət edə bilərlər. Beləliklə Qaradağ postunda quraşdırılmış hər iki nişan qanuna uyğun olmayan şəkildə quraşdırılıb.
Fərid
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB











